KXDR ilə Cənubi Koreya arasında danışıqlar başlayıb

KXDR ilə Cənubi Koreya arasında danışıqlar başlayıb Pxenyan ilə Seul arasında dialoqun ilk mərhələsi Panmunjom sərhəd məntəqəsində start götürüb
Digər ölkələr
9 Yanvar , 2018 05:21
KXDR ilə Cənubi Koreya arasında danışıqlar başlayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Çərşənbə axşamı səhər Panmunjomun sərhəd məntəqəsində Koreya Respublikası ilə KXDR arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Vəhdət Nazirliyi məlumat yayıb.

2015-ci ilin dekabr ayından bu yana aparılan Seul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.

Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir. Cənub nümayəndə heyətinə vəhdət naziri Ço Myon Qyon, Şimal nümayəndə heyətinə isə Koreya Sülh Vəhdət Komitəsinin sədri Ri Son Qvon rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi