Küveytdə həbs edilən qruplaşma rəhbəri Ukraynadan silah almasını etiraf edib

Küveytdə həbs edilən qruplaşma rəhbəri Ukraynadan silah almasını etiraf edib Usama Hayat Livan vətəndaşıdır və silah tədarükündən savayı, İŞİD üçün vəsait toplamaqla məşğul olub
Digər ölkələr
20 Noyabr , 2015 12:11
Küveytdə həbs edilən qruplaşma rəhbəri Ukraynadan silah almasını etiraf edib

Bakı. 20 noyabr. REPORT.AZ/ Küveytdə həbs edilən ekstremist qruplaşmasının rəhbəri Usama Hayat İŞİD terror qruplaşamasını təchiz etmək üçün Ukraynadan silah almasını etiraf edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Küveyt daxili işlər naziri Məhəmməd Əl-Xalid Əl-Sabah məlumat verib. Onun sözlərinə görə, silah daşınması Türkiyə tranziti vasitəsilə həyata keçirilib. Nazir, həmçinin xüsusi əməliyyat nəticəsində 6 nəfərin həbs olunduğunu diqqətə çatdırıb.

"Kuwait News Agency"nin məlumatına görə, Usama Hayat Livan vətəndaşıdır. O, silah tədarükündən savayı, İŞİD üçün vəsait toplamaqla da məşğul olub.

Daha öncə Küveytin hökumət orqanları "İslam Dövləti" terror qruplaşmasına maliyyə dəstəyi təmin edən ekstremist qruplaşmalara qarşı mübarizə apardığını bəyan etmişdi. 

Son xəbərlər

Orphus sistemi