Yuxarı

​Kosovo parlamentində partlayış baş verib

​Kosovo parlamentində partlayış baş verib
Hadisə nəticəsində iki nəfər yaralanıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Müxalifətdən olan deputat Kosovo parlamentinin binasında iclas zamanı gözyaşardıcı qaz olan qumbara partladıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayışdan sonra iclas zalını tüstü bürüyüb.

Hadisə nəticəsində iki deputat yaralanıb. Binadakılar təxliyə edilib.

Məlumatda bildirilib ki, müxalifətdən olan deputat Kosovo hökumətinin Serbiya ilə münasibətləri normallaşdırmasına etiraz olaraq bu addımı atıb.

Xatırladaq ki, Kosovo qismən tanınan respublikadır. Serbiya Konstitusiyasına əsasən, o, Serbiyanın bir hissəsi sayılaraq Kosovo və Metoxiya Muxtar Diyarına daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi