Yuxarı

Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü - YENİLƏNİB

​Koronavirus qurbanlarının sayı çoxalır

462

© Deutsche Welle

Çində koronavirus qurbanlarının sayı durmadan artır.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Son məlumata görə, ölkədə 2 004 nəfər virusun qurbanı olub. Çin həkimləri 14 376 xəstənin sağalmasına nail olublar.

Bildirilir ki, ölkədə virusa yoluxanların sayı da artaraq 74 185 nəfərə çatıb.

Ötən gün virusa ölkə üzrə 1 749 yoluxma təsdiqlənib, 136 ölüm hadisəsi qeydə alınıb. Onlardan 132-i Hubey əyalətində baş verib. 

Qeyd edək ki, Çində koronavirus ötən ilin sonlarında Hubey əyalətində yayılmağa başlayıb. 


***02:42

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Bildirilir ki, koronavirusdan ölənlərin sayı 1 921 nəfərə çatıb. Əyalətdə 9 128 xəstə sağalıb. Hubeydə virusa yoluxanların sayı 61,6 min nəfərə yüksəlib.  

Virusa ən çox yoluxanlar Uhandadır. Burada 44,4 min nəfər koronavirus daşıyıcısıdır. Siyahıda ikinci yerdə Syaoqan, üçüncü yerdə isə Xuanqan qərarlaşıb. Regionun daha 4 şəhərində göstəricilər min nəfərdən çoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi