Koronavirus Afrikanı cənginə almağa başladı

Koronavirus Afrikanı cənginə almağa başladı Afrikanın daha bir ölkəsində koronavirus aşkarlanıb.
Digər ölkələr
16 Mart , 2020 14:08
Koronavirus Afrikanı cənginə almağa başladı

Afrikanın daha bir ölkəsində koronavirus aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Qərbi Afrika ölkəsi olan Liberiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Ölkədə koronavirusa ilk yoluxan şəxs Ətraf Mühitin Müdafiəsi Agentliyinin başçısı Nataniel Blama olub. Onun daha öncə İsveçrəyə səfər etdiyi bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 158 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170 845-ə çatıb. Bunların 77 790 nəfəri sağalıb, 6 526 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi