Bakı. 9 dekabr. REPORT.AZ/ Koreya Respublikasının Prezidenti Pak Kın He qanunvericiliyə uyğun olaraq, səlahiyyətlərini ölkənin Baş naziri Hvan Qyo Ana təhvil verib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, dövlət başçısı parlamentin haqqında çıxardığı impiçment qərarından sonra vəzifədən gedib.
Eyni zamanda, impiçment qərarına 180 gün ərzində Koreya Respublikasının Konstitusiya Məhkəməsində baxılacaq. Məhkəmə impiçmenti əsassız saya və Pak Kın Henin prezident səlahiyyətlərini bərpa edə bilər.
Qeyd edək ki, bü gün Koreya parlamentində prezidentə impiçment elan edilməsi üzrə gizli səsvermə keçirilib. 234 deputat impiçmentin lehinə, 56-sı isə əleyhinə səs verib. İki nəfər bitərəf qalıb, 7 səs etibarsız sayılıb.