Yuxarı

Konqoda baş verən yol qəzasında 15 nəfər öldü

​Konqoda baş verən yol qəzasında 15 nəfər öldü

Konqonun paytaxtı Kinşasa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı on beş nəfər ölüb, azı 40 nəfər yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Okapi” radiosu ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qəza bazar günü Kinşasa Universitetinin yaxınlığında baş verib. Belə ki, daşla yüklənmiş yük maşınının sürücüsü idarəetməni itirərək digər avtomobillərə və motosikletlərə çırpılıb. Daha sonra bir neçə piyadanın üzərindən keçib.

Səhiyyə naziri Eteni Lonqondo bildirib ki, qəzada dünyasını dəyişən 14 nəfərin meyiti Kinşasa universitetinin “Klinikalar Mərkəzi”nin morquna yerləşdirilib. O, tibb mərkəzinə gəldiyini və burada təxminən qəzada xəsarət alan 40 nəfərlə görüşdüyünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi