Kolumbiyada təyyarə qəzası nəticəsində 3 nəfər ölüb

Kolumbiyada təyyarə qəzası nəticəsində 3 nəfər ölüb Daha 8 nəfər yaralanıb
Digər ölkələr
1 Oktyabr , 2016 02:01
Kolumbiyada təyyarə qəzası nəticəsində 3 nəfər ölüb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Cümə günü Kolumbiyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində biri altıaylıq qız uşağı olmaqla 3 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Medelin şəhər hökumətinin katibi Santyaqo Qomes məlumat verib.

Onun sözlərinə görə, təyyarə Medelin aeroportundan havaya qalxdıqdan sonra kənd ərazisində yerə düşüb. Göyərtədə olan daha 8 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi