Yuxarı

Kolumbiyada təyyarə qəzası nəticəsində 3 nəfər ölüb

Daha 8 nəfər yaralanıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Cümə günü Kolumbiyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində biri altıaylıq qız uşağı olmaqla 3 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Medelin şəhər hökumətinin katibi Santyaqo Qomes məlumat verib.

Onun sözlərinə görə, təyyarə Medelin aeroportundan havaya qalxdıqdan sonra kənd ərazisində yerə düşüb. Göyərtədə olan daha 8 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi