Yuxarı

Kolumbiyada qəzaya uğrayan təyyarədəki sərnişinlərdən 6 nəfər sağ qalıb - YENİLƏNİB

Təyyarədə olan Braziliyanın Şapekoense futbol klubunun üzvləri Cənubi Amerika Kuboku turnirinin ilk final oyunu üçün yola çıxıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 81 nəfərdən cəmi 6-sı sağ qalıb.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

"360 Radio Colombia" radiostansiyasının məlumatına görə, sağ qalanlardan biri Braziliyanın "Şapekoense" klubunun futbolçusu Alan Ruşeldir. O, Rioneqrodakı xəstəxanalardan birinə çatdırılıb.

Göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olan təyyarə Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb.

Futbol klubunun üzvləri Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelyin şəhərinə istiqamətlənib.

Qeyd edək ki, ümumilikdə təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub.

***09:51

Kolumbiyada göyərtəsində 72 sərnişin olan təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Təyyarə Boliviyadan havaya qalxıb və Medelyin hava limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.

Yerli KİV-in məlumatına görə, təyyarənin göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri də olub.

Hələlik qəzadan sağ xilas olanlarla bağlı məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi