Yuxarı

Kolumbiyada aviaşou zamanı iki hərbçi yüksəklikdən yerə düşüb - VİDEO

​Kolumbiyada aviaşou zamanı iki hərbçi yüksəklikdən yerə düşüb

Kolumbiyanın Medelyin şəhərində keçirilən aviaşou zamanı iki hərbçi həlak olub.

"Report" yerli "Tyempo" qəzetinə istinadən xəbər verir ki, faciə paradın bir hissəsini yerinэ yetirəndə baş verib.

Hərbçilər böyük yüksəklikdən yerə düşüb. Hava nümayişi zamanı iki hərbçi Kolumbiya bayrağını tutaraq vertolyotdan trosla nisbətən aşağı endirilib və vertolyot bu vəziyyətdə hərəkətdə olub. Hansısa məqamda tros qırılıb və hər iki hərbçi bayraqla birgə yerə çırpılıb.

Hazırda paradın keçirildiyi zona bağlanıb, hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi