Kolumbiyada aviaşou zamanı iki hərbçi yüksəklikdən yerə düşüb - VİDEO

Kolumbiyada aviaşou zamanı iki hərbçi yüksəklikdən yerə düşüb - VİDEO Kolumbiyanın Medelyin şəhərində keçirilən aviaşou zamanı iki hərbçi həlak olub.
Digər ölkələr
12 Avqust , 2019 06:33
Kolumbiyada aviaşou zamanı iki hərbçi yüksəklikdən yerə düşüb - VİDEO

Kolumbiyanın Medelyin şəhərində keçirilən aviaşou zamanı iki hərbçi həlak olub.

"Report" yerli "Tyempo" qəzetinə istinadən xəbər verir ki, faciə paradın bir hissəsini yerinэ yetirəndə baş verib.

Hərbçilər böyük yüksəklikdən yerə düşüb. Hava nümayişi zamanı iki hərbçi Kolumbiya bayrağını tutaraq vertolyotdan trosla nisbətən aşağı endirilib və vertolyot bu vəziyyətdə hərəkətdə olub. Hansısa məqamda tros qırılıb və hər iki hərbçi bayraqla birgə yerə çırpılıb.

Hazırda paradın keçirildiyi zona bağlanıb, hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi