Yuxarı

Kim Çen In Konstitusiya dəyişikliyindən sonra rəsmən KXDR başçısıelan edilib

​Kim Çen In Konstitusiya dəyişikliyindən sonra KXDR sədri elan edilib

Kim Çen In Konstitusiya dəyişikliyindən sonra rəsmən Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı elan edilib.

“Report”un məlumatına görə, bu barədə “Renhap” agentliyi bildirib.

Konstitusiyanın yeni versiyasına əsasən, Koreya Xalq Demokratik Respublikasının başçısı yeni vəzifələrin icrasına başlayıb. İndi ölkəni Kim Çen In “təmsil etməlidir". Qeyd edilir ki, daha əvvəl bu vəzifəni Şimali Koreya Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çxve Ren Xe icra edirdi.

Bildirilir ki, Kim Çen Inın hakimiyyətinin bütövlüyü heç vaxt pozulmayıb və ya dəyişdirilməyib, amma qanuna düzəlişlər bunu yalnız təsdiq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi