Yuxarı

KİV: İŞİD-in yeni rəhbəri məlum olub

​KİV: İŞİD-in yeni rəhbəri məlum olub

İŞİD terror qruplaşmasının yeni başçısı onun ideoloqlarından biri Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maulə olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti bildirib.

Nəşr Əmir Abdel Rəhmanı ötən il oktyabrın sonunda İdlib əyalətində ABŞ-ın xüsusi əməliyyatının gedişatında zərərsizləşdirilmiş İŞİD-in əvvəlki lideri Əbu Bəkr əl-Bağdadiyə yaxın şəxs adlandırıb. Dövlət Departamenti onun İraq əsilli olduğunu qeyd edərək, əl-Bağdadinin müavinlərindən biri olduğunu açıqlayıb.

ABŞ hakimiyyəti əl-Bağdadinin özü və ən yaxın tərəfdarları barədə informasiya verənə 5 milyon dollar mükafat vəd etmişdi.

Britaniya nəşrinin yazdığına görə, İŞİD-in keçmiş və indiki başçıları hələ 2004-cü ildə ABŞ-ın İraqdakı “Kemp-Bukka” düşərgəsində məhkum olarkən tanış olublar. Əmir Abdel Rəhman qruplaşmanın banilərindən biri olub. O, qruplaşmanın ideologiyasının yaradılmasında və bir sıra əməliyyatların planlaşdırılmasında iştirak edib.

Qəzetin məlumatına görə, məhz o İraqda xristianların məhvinin əsasını qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi