Yuxarı

Britaniya KİV-ləri parlament seçkilərində mühafizəkarların qələbəsini proqnozlaşdırır

KİV ​Britaniyada seçkilərdə Mühafizəkarların qələbəsi proqnozlaşdırır

"Böyük Britaniyanın Mühafizəkarlar Partiyası dekabrın 12-də keçiriləcək seçkidən sonra parlamentdə çoxluq əldə edəcək".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalının proqnozunda deyilir.

Məlumata görə, mühafizəkarlar 650 yerlik İcmalar Palatasında 339 yer əldə edə biləcəklər ki, bu da 2017-ci ildəki seçkilərdəkindən 21 yer çoxdur. Leyboristlər isə 231 yerə ümid edəcəklər.

Şotlandiya Milli Partiyasına 41, Liberal Demokratlara isə 15 yer proqnozlaşdırılır.

Telekanalın proqnozu 100 mindən çox insan arasında keçirilən sorğunun nəticələrinə əsaslanır. Sorğu keçən həftədən bəri aparılır.

Qeyd edək ki, dekabrın 12-nə təyin olunan seçkilər növbədənkənardır. Baş nazir Boris Conson 2019-cu il oktyabrın 31-dək Britaniyanı Avropa İttifaqından çıxarmaqla bağlı vədini yerinə yetirə bilmədikdən sonra növbədənkənar seçki keçirilməsini istəyib. Baş nazir ümid edir ki, yeni parlament onun "Brexit"lə bağlı anlaşmasını dəstəkləyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi