KİV: "Boeing" bir ilə yaxın "737 MAX" modellərindəki çatışmazlığı gizlədib

KİV: "Boeing" bir ilə yaxın "737 MAX" modellərindəki çatışmazlığı gizlədib ABŞ-ın Boeing korporasiyası 737 MAX laynerinin İndoneziyada qəzaya uğramasından bir il əvvəl bu modelin təhlükəsizlik funksiyaları ilə çatışmazlıqlarından xəbərdar olub.
Digər ölkələr
6 May , 2019 12:27
KİV: Boeing bir ilə yaxın 737 MAX modellərindəki çatışmazlığı gizlədib

ABŞ-ın "Boeing" korporasiyası "737 MAX" laynerinin İndoneziyada qəzaya uğramasından bir il əvvəl bu modelin təhlükəsizlik funksiyaları ilə çatışmazlıqlarından xəbərdar olub.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat verib.

Sözügedən funksiyalar həmçinin pilotlara təyyarələrdəki "hücum bucağı" sensorlarındakı nasazlıqlar barədə xəbərdarlıq etməlidir.

Nəşr bu funksiyanın "Boeing 737 MAX"ın İndoneziyada və sonradan Efiopiyada qəzaya uğramasının qarşısını ala bilib-bilməyəcəyinin hələ müəyyənləşdirilmədiyini yazır. Qeyd olunur ki, ilk qəzadan sonra "Boeing" aviaşirkətlərə və pilotlara qəzanın səbəbləri barədə qismən və ziddiyyətli şərhlər verib. Korporasiya yalnız İndoneziyadakı qəzadan 5 ay sonra mövcud problemlərlə bağlı daha açıq mövqe göstərib.

Qeyd edək ki, "Boeing" aviaşirkətlərə və tənzimləyicilərə "737 MAX" modelində standart həyəcan siqnalının sönülü vəziyyətdə olması barədə məlumat verməyib. Məhz bunun olmaması bu model laynerin Efiopiyada və İndoneziyada qəzaya uğramasında kritik amil ola bilər.

Xatırladaq ki, "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX 8" təyyarəsi martın 10-da Efiopiyada qəzaya uğrayıb, nəticədə 157 nəfər ölüb. Eyni model təyyarənin başqa bir qəzası ötən il oktyabrın 29-da İndoneziyada baş verib və nəticədə 189 nəfər ölüb. Efiopiyadakı qəzadan sonra bir çox ölkələr, o cümlədən Rusiya, ABŞ və Avropa İttifaqı ölkələri təhlükəsizlik məqsədi ilə "Boeing 737 MAX" modelindən istifadəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi