Yuxarı

KİV: ABŞ-ın vitse-prezidenti Çini seçkilərə müdaxilədə ittiham edəcək

KİV: ABŞ-ın vitse-prezidenti Çini seçkilərə müdaxilədə ittiham edəcək

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Mayk Pens Çini noyabr ayında keçiriləcək konqresə aralıq seçkilərə müdaxilədə ittiham edəcək.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Bloomberg" agentliyi M.Pensin cümə axşamı Vaşinqtondakı Qudzon Universitetində gözlənilən çıxışının bir hissəsini əldə edib. Orada Çinin amerikalıların fikirlərinə təsir göstərmək üçün cəsusluq və zordan istifadə edərək təbliğat kampaniyası apardığı iddia olunur.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp da Çini müdaxiləyə cəhddə ittiham etmişdi.

Ümumiyyətlə, son vaxtlar ABŞ və Çin arasındakı münasibətlər kəskinləşib. Buna ABŞ-ın Çindən idxalı məhdudlaşdıraraq öz istehsalçılarına dəstək verməyə cəhd göstərməsi səbəb olub. Bu səbəbdən ölkələr arasında iqtisadi müharibə gedir, hər iki tərəf rüsumları artırır. Çin hətta ABŞ-ı ölkənin suverenliyinə hücumda günahlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi