KİV: ABŞ İraqdan qoşunları çıxarmağa başladı

KİV: ABŞ İraqdan qoşunları çıxarmağa başladı “ABŞ İraqdakı 15 hərbi bazadan hərbi hissələrini çıxarmağa başlayıb”.
Digər ölkələr
10 Fevral , 2020 15:27
KİV: ABŞ İraqdan qoşunları çıxarmağa başladı

“ABŞ İraqdakı 15 hərbi bazadan hərbi hissələrini çıxarmağa başlayıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İraq parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əli əl-Qənimi deyib.

Onun sözlərinə görə, amerikalılar mövcudluğunu iki böyük bazada – ölkənin şimalındakı Ərbil şəhəri yaxınlığındakı bazada və paytaxt Bağdadın 180 km qərbində yerləşən Ənbər vilayətindəki “Ayn əl-Əsəd” aviabazasında məhdudlaşdırmağa qərar veriblər: “Amma ölkə parlamenti və İraq xalqı Amerika qoşunlarının bütün bazalardan çıxmasını tələb edir”.

Hələlik ABŞ tərəfi İraqdakı 15 hərbi obyektdən çıxması ilə bağlı məsələyə münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi