Kərbəlada güclü partlayış baş verib: 18 nəfər həlak olub

Kərbəlada güclü partlayış baş verib: 18 nəfər həlak olub Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib
Digər ölkələr
29 Avqust , 2016 12:15
Kərbəlada güclü partlayış baş verib: 18 nəfər həlak olub

Bakı. 29 avqust. REPORT.AZ/ İraqın mərkəzində yerləşən Kərbəla əyalətinin yaşayış bölgəsində güclü partlayış baş verib.

"Report" "PressTV"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 mülki vətəndaş həlak olub.

Təhlükəsizlik xidməti orqanlarındakı mənbələrin bildirdiyinə görə, partlayış Kərbəla şəhərindən qərbdə yerləşən Ayn Tamer şəhərində baş verib. Partlayış nəticəsində ölənlərdən başqa, 16 nəfər də xəsarət alıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi