Yuxarı

Kərbəlada güclü partlayış baş verib: 18 nəfər həlak olub

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib

Bakı. 29 avqust. REPORT.AZ/ İraqın mərkəzində yerləşən Kərbəla əyalətinin yaşayış bölgəsində güclü partlayış baş verib.

"Report" "PressTV"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 mülki vətəndaş həlak olub.

Təhlükəsizlik xidməti orqanlarındakı mənbələrin bildirdiyinə görə, partlayış Kərbəla şəhərindən qərbdə yerləşən Ayn Tamer şəhərində baş verib. Partlayış nəticəsində ölənlərdən başqa, 16 nəfər də xəsarət alıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi