Kamerunda terror aktı nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

Kamerunda terror aktı nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb “Boko Haram” terrorçu qruplaşması silahlıları 22 qızı Nigeriyanın şimal-şərqinə qaçırıb
Digər ölkələr
2 İyun , 2017 16:39
Kamerunda terror aktı nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Kamerunun şimalında “Boko Haram” qruplaşmasının üzvü olan terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, partlayış ölkənin Nigeriya ilə sərhədində yerləşən Kolofat şəhərində törədilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir müddət əvvəl “Boko Haram” terrorçu qruplaşması silahlılarının 22 qızı Kamerundan Nigeriyanın şimal-şərqinə qaçırdığı barədə məlumat yayılıb.

Qeyd edək ki, bu qruplaşma Nigeriya, Niger, Çad və Kamerun ərazisində fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi