Kaliforniyada torpaq bəndlərin uçması səbəbindən təcili təxliyə elan edilib

Kaliforniyada torpaq bəndlərin uçması səbəbindən təcili təxliyə elan edilib Güclü yağışlarla əlaqədar Orovill gölünün bəndlə kəsilmiş suyu axmağa başlayıb
Digər ölkələr
13 Fevral , 2017 06:34
Kaliforniyada torpaq bəndlərin uçması səbəbindən təcili təxliyə elan edilib

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ-ın yerli hakimiyyət orqanları Kaliforniyada, Orovil gölündə torpaq bəndlərin uçması səbəbindən təcili təxliyə elan ediblər.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, bəndin suaşıranının dağılması 1 saat ərzində baş verə bilər. Buna görə də aşağı bəndlərin yerləşdirildiyi rayonların sakinləri təcili təxliyə edilməlidir.

Güclü yağışlarla əlaqədar Orovill gölünün bəndlə kəsilmiş suyu ehtiyat suaşıran vasitəsilə axmağa başlayıb. Bir həftə əvvəl keçirilmiş yoxlama təxminən 60-9 metr ölçüsünə bəndin və çuxurun əsas suaşıranının eroziyasını aşkar edib. 

Eroziyanın böyüməkdə davam etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi