Kaliforniyada naməlum şəxslər iki məscidi boya ilə ləkələyib və ora əl qumbarasının surətini atıb

Kaliforniyada naməlum şəxslər iki məscidi boya ilə ləkələyib və ora əl qumbarasının surətini atıb Əl qumbarasının plastik surəti həyəcan elan edilməsinə və dindarların məsciddən təcili çıxarılmasına səbəb olub
Digər ölkələr
14 Dekabr , 2015 09:35
Kaliforniyada naməlum şəxslər iki məscidi boya ilə ləkələyib və ora əl qumbarasının surətini atıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bazar günü Kaliforniya ştatının Hotorn şəhərində iki məscidə qarşı vandalizm aktı törədilib. "Report" TASS-a istinadən xəbər verir ki, naməlum təcavüzkarlar boya ilə məscidin qapısına və binasına "İsa" yazısı həkk etdirib.

Yerli polisin bildirdiyinə görə, məscidlərin birinin girişində əl qumbarası aşkar edilib. Yoxlamadan sonra onun qumbaranın plastik surəti olduğu müəyyənləşsə də, bu hal həyəcan elan edilməsinə və dindarların məsciddən təcili çıxarılmasına səbəb olub.

Hadisə ilə əlaqədar polis və ABŞ Federal Təhqiqatlar Bürosunun yerli bölməsi istintaq aparır. Onlar bu addımları nifrət aktı kimi qələmə verir.

Son xəbərlər

Orphus sistemi