Yuxarı

Kaliforniyada naməlum şəxslər iki məscidi boya ilə ləkələyib və ora əl qumbarasının surətini atıb

Əl qumbarasının plastik surəti həyəcan elan edilməsinə və dindarların məsciddən təcili çıxarılmasına səbəb olub

Bakı. 14 dekabr. REPORT.AZ/ Bazar günü Kaliforniya ştatının Hotorn şəhərində iki məscidə qarşı vandalizm aktı törədilib. "Report" TASS-a istinadən xəbər verir ki, naməlum təcavüzkarlar boya ilə məscidin qapısına və binasına "İsa" yazısı həkk etdirib.

Yerli polisin bildirdiyinə görə, məscidlərin birinin girişində əl qumbarası aşkar edilib. Yoxlamadan sonra onun qumbaranın plastik surəti olduğu müəyyənləşsə də, bu hal həyəcan elan edilməsinə və dindarların məsciddən təcili çıxarılmasına səbəb olub.

Hadisə ilə əlaqədar polis və ABŞ Federal Təhqiqatlar Bürosunun yerli bölməsi istintaq aparır. Onlar bu addımları nifrət aktı kimi qələmə verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi