Kaliforniyada meşə yanğınları nəticəsində 71 nəfər ölüb

Kaliforniyada meşə yanğınları nəticəsində 71 nəfər ölüb Bakı. 17 noyabr. REPORT.AZ/ Kaliforniyanın şimalında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb, min nəfərdən çox insan itkin düşüb.
Digər ölkələr
17 Noyabr , 2018 07:11
Kaliforniyada meşə yanğınları nəticəsində 71 nəfər ölüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Kaliforniyanın şimalında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb, min nəfərdən çox insan itkin düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət dairələrinə istinadən "NBC News" telekanalı məlumat yayıb.

Bildirilir ki, hazırda ştatın şimalında yanğınların sahəsi 59 min hektara yaxındır, minlərlə tikili məhv olub.

Bundan əvvəl Kaliforniya ştatının şimalındakı Byutt dairəsində tüğyan edən meşə yanğınları qurbanlarının sayının 63 nəfər olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi