Yuxarı

Kabildə partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürüb

Kabildə partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürüb
Əfqanıstan DİN-in ilkin məlumatlarına görə, bomba su daşıyan maşına yerləşdirilib
© ABC

Bakı. 31 may. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Əfqanıstan DİN-in ilkin məlumatlarına görə, bomba su daşıyan maşına yerləşdirilib.

Qeyd edək ki, bu gün səhərt Kabildə prezident sarayı və xarici səfirliklərin binalarının yaxınlığında güclü partlayış baş verib. Bir çox tikililərə, o cümlədən Fransa və Almaniya səfirliklərinin binasına ziyan dəyib. KİV-in məlumatına görə, partlayış nəticəsində ölənlərin sayı 90-a, yaralıların sayı isə 380 nəfərə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi