Yuxarı

İtalyada polis həyat yoldaşını ağır yaralayıb və qızlarını girov götürüb

O, 7 və 13 yaşlı iki qızı ilə evdə özünə barrikada qurub

Bakı. 28 fevral. REPORT.AZ/ İtaliya karabinerləri bölməsinin Sisternadan olan əməkdaşı bu gün səhər saatlarında paytaxtın Latsio bölgəsində növbədən evə gələrək tabelli silahından həyat yoldaşına atəş açıb və onu yaralayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşı bundan əlavə, 7 və 13 yaşlı iki qızı ilə evdə özünə barrikada qurub və qızlarını girov kimi saxlayır.

Hadisə yerinə vəziyyəti həll etmək üçün vilayət karabinerləri qüvvlərinin komandanı Qabriele Vitaliano gəlib.

Karabinerin həyat yoldaşına atəş açmasının səbəbləri hələ müəyyənləşdirilməyib.

Məlumata görə, faciəvi razvyazkaya küçədə hərbçinin iştirakçısı olduğu mübahisə gətirib çıxarıb. Bundan başqa, cütlüyün boşanma ərəfəsində olduğu aydınlaşıb.

Güllə yarası alan qadın hazırda ağır vəziyyətdə Romadakı "San Kamillo" xəstəxanasındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi