Yuxarı

İtaliyada pandemiya qurbanlarının sayı 15 minə çatır

İtaliyada pandemiya qurbanlarının sayı 15 minə çatır

938

İtaliyada son sutkada daha 766 nəfər koronavirusdan ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 14 681-ə çatıb.

Bundan başqa, ölkədə 4 585 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, infeksiya daşıyıcılarının rəsmi sayı 119 827 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 062 777-yə çatıb. Bunların 225 622 nəfəri sağalıb, 56 607 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi