Yuxarı

İtaliyada otel qarın altında qalıb, 20 nəfərlə əlaqə kəsilib - VİDEO

İtaliyada otel qarın altında qalıb, 20 nəfərlə əlaqə kəsilib - VİDEO
Otel müştəriləri və əməkdaşlarının telefonlarına zəng çatmır

Bakı. 19 yanvar. REPORT.AZ/ İtaliyanın Qran-Sasso dağ massivində yerləşən Abrusso vilayətində qar uçqunu nəticəsində yerli "Rigopiano di Farindola" oteli qarın altında qalıb. Hadisə baş verən zaman içəridə 20-dən çox insanın olduğu ehtimal edilir.

"Report" xəbər verir ki, bu barədə "RaiNews" telekanalı məlumat yayıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Otel müştəriləri və əməkdaşlarının telefonlarına zəng çatmır.

Peskara əyalətinin rəhbəri Antonio Di Marko insidenti "dəhşətli faciə" adlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi