İsveç parlamenti sosial-demokratların hökumət qurmasına qarşı çıxıb

İsveç parlamenti sosial-demokratların hökumət qurmasına qarşı çıxıb Bakı. 14 dekabr. REPORT.AZ/ İsveç Riksdaqı (parlamenti) Baş nazir vəzifəsinə Sosial Demokrat Fəhlə Partiyasının sədri Stefan Lövenin namizədliyini qəbul etməyib.
Digər ölkələr
14 Dekabr , 2018 15:31
İsveç parlamenti sosial-demokratların hökumət qurmasına qarşı çıxıb
Sputnik Italia

Bakı. 14 dekabr. REPORT.AZ/ İsveç Riksdaqı (parlamenti) Baş nazir vəzifəsinə Sosial Demokrat Fəhlə Partiyasının sədri Stefan Lövenin namizədliyini qəbul etməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, deputatların 200-inin əleyhinə səs verdiyi bu təklifi 116 nəfər dəstəkləyib, 28-i isə bitərəf qalıb.

Bundan sonra spiker Andreas Norlen növbədənkənar parlament seçkilərinə hazırlıq üçün müvafiq addımlar atacağını bildirib.

Qeyd edək ki, sentyabrın 25-də parlament S.Lövenin Baş nazir vəzifəsindəki səlahiyyətlərini uzatmağın əleyhinə səs verib, noyabrın 14-də də Mötədil Liberal Partiyasının sədri Ulf Kristersonun namizədliyini rədd edib.

Son xəbərlər

Orphus sistemi