Bakı. 14 dekabr. REPORT.AZ/ İsveç Riksdaqı (parlamenti) Baş nazir vəzifəsinə Sosial Demokrat Fəhlə Partiyasının sədri Stefan Lövenin namizədliyini qəbul etməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, deputatların 200-inin əleyhinə səs verdiyi bu təklifi 116 nəfər dəstəkləyib, 28-i isə bitərəf qalıb.
Bundan sonra spiker Andreas Norlen növbədənkənar parlament seçkilərinə hazırlıq üçün müvafiq addımlar atacağını bildirib.
Qeyd edək ki, sentyabrın 25-də parlament S.Lövenin Baş nazir vəzifəsindəki səlahiyyətlərini uzatmağın əleyhinə səs verib, noyabrın 14-də də Mötədil Liberal Partiyasının sədri Ulf Kristersonun namizədliyini rədd edib.