Bakı. 27 yanvar. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu Xuan Quaydonu Venesuelanın rəhbəri kimi tanıyıb.
"Report" xəbər verir ki, bu barədə baş nazirin "Twitter" səhifəsində bildirilib.
"İsrail Venesuelanın yeni rəhbərliyinin tanınmasında ABŞ-a Kanadaya və Latın Amerikası ölkələrinin əksəriyyətinə qoşulur", - deyə xəbərdə bildirilir.
Daha əvvəl Netanyahu bildirib ki, İsrail İranın Suriyadakı hədəflərinə zərbələri artırmağa hazırdır.