Netanyahu: İsrail İranın Suriyadakı hədəflərinə zərbələri artırmağa hazırdır

Netanyahu: İsrail İranın Suriyadakı hədəflərinə zərbələri artırmağa hazırdır Bakı. 13 yanvar. REPORT.AZ/ İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq üçün Tehranın qonşu ərəb ölkəsindəki obyektlərinə hücumları artırmağa hazırdır.
Digər ölkələr
13 Yanvar , 2019 21:32
Netanyahu: İsrail İranın Suriyadakı hədəflərinə zərbələri artırmağa hazırdır
Binyamin Netanyahu

Bakı. 13 yanvar. REPORT.AZ/ İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq üçün Tehranın qonşu ərəb ölkəsindəki obyektlərinə hücumları artırmağa hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu deyib.

"İsrail [şənbə gününə keçən gecə] Dəməşq beynəlxalq aeroportunda İranın silah anbarına zərbə endirib, bu, bizim İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaqda qərarlı olduğumuzu əks etdirir. Lazım gələrsə, biz bu cür hücumları intensivləşdirməyə hazırıq", - deyə dəftərxananın baş nazirə istinadən yaydığı bəyanatda bildirilir.

Daha əvvəl İsrail Qəzzada HƏMAS-ın mövqelərinə hava zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi