​İsrail Ordusunun baş qərargah rəisi: Yeni müharibə qaçılmazdır!

​İsrail Ordusunun baş qərargah rəisi: Yeni müharibə qaçılmazdır! Benni Qants İsrailin şimal sərhədindəki düşmənlərini təhdid edib
Digər ölkələr
14 Fevral , 2015 23:30
​İsrail Ordusunun baş qərargah rəisi: Yeni müharibə qaçılmazdır!

Bakı. 14 fevral. REPORT.AZ/ İsrail Silahlı Qüvvələrinin Baş qərargah rəisi Benni Qants bəyan edib ki, ölkəsi gələcəkdə Livan ilə sərhəddə öz "düşmənləri" ilə yenidən müharibəyə başlayacaq.

"Report" xəbər verir ki, "Kanal 2" telekanalında çıxış edən Benni İsrail Ordusunun 2014-cü ilin 7 iyulunda Qəzza zolağında 2 mindən çox dinc sakinin ölümü ilə nəticələnən əməliyyatını uğurlu adlandırıb.

"İsrailin öz şimal sərhədlərindəki düşmənləri ilə yeni müharibəsi qaçılmazdır", - deyə Benni Qants bildirib.

Qeyd edək ki, Benni Qants fevralın 15-dən öz vəzifəsini Qadi Ayzenkotuya təhvil verəcək.

Son xəbərlər

Orphus sistemi