Yuxarı

​İsrail Ordusunun baş qərargah rəisi: Yeni müharibə qaçılmazdır!

Benni Qants İsrailin şimal sərhədindəki düşmənlərini təhdid edib

Bakı. 14 fevral. REPORT.AZ/ İsrail Silahlı Qüvvələrinin Baş qərargah rəisi Benni Qants bəyan edib ki, ölkəsi gələcəkdə Livan ilə sərhəddə öz "düşmənləri" ilə yenidən müharibəyə başlayacaq.

"Report" xəbər verir ki, "Kanal 2" telekanalında çıxış edən Benni İsrail Ordusunun 2014-cü ilin 7 iyulunda Qəzza zolağında 2 mindən çox dinc sakinin ölümü ilə nəticələnən əməliyyatını uğurlu adlandırıb.

"İsrailin öz şimal sərhədlərindəki düşmənləri ilə yeni müharibəsi qaçılmazdır", - deyə Benni Qants bildirib.

Qeyd edək ki, Benni Qants fevralın 15-dən öz vəzifəsini Qadi Ayzenkotuya təhvil verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi