İspaniyada ötən sutka ərzində daha 325 nəfər koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bununla da krallıqda pandemiya qurbanlarının sayı 24 275-ə çatıb.
Ölkədə virusa yoluxanların sayı da 2 144 nəfər artaraq 212 917-yə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 148 000-i ötüb. Bunların 962 417 nəfəri sağalıb, 218 371 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.