İspaniyada koronavirusdan ölənlərin sayı 24 mini ötdü

İspaniyada koronavirusdan ölənlərin sayı 24 mini ötdü İspaniyada ötən sutka ərzində daha 325 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
29 Aprel , 2020 13:16
İspaniyada koronavirusdan ölənlərin sayı 24 mini ötdü
0 : 00
0 : 00

İspaniyada ötən sutka ərzində daha 325 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 24 275-ə çatıb.

Ölkədə virusa yoluxanların sayı da 2 144 nəfər artaraq 212 917-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 148 000-i ötüb. Bunların 962 417 nəfəri sağalıb, 218 371 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi