​İspaniyada terror təhlükəsi səviyyəsi qaldırılıb

​İspaniyada terror təhlükəsi səviyyəsi qaldırılıb Qərar Parisdə jurnal redaksiyasında baş verən silahlı insidentlə bağlıdır
Digər ölkələr
8 Yanvar , 2015 01:47
​İspaniyada terror təhlükəsi səviyyəsi qaldırılıb
Bakı. 8 yanvar. REPORT.AZ/ İspaniya hakimiyyəti terror təhlükəsi səviyyəsini dörd ballıq cədvəl üzrə ikidən üçə qaldırıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, buna çərşənbə günü Parisdə üç silahlı şəxsin "Charlie Hebdo" jurnalının redaksiyasına basqın edərək 12 nəfəri qətlə yetirməsi səbəb olub.

Ölkənin daxili işlər naziri Xorxe Fernandes Dias qeyd edib ki, ölkənin terrorçular tərəfindən birbaşa təhlükəyə məruz qaldığını hesab etməyə hələ ki, heç bir əsas yoxdur.

Terror təhlükəsinin üçüncü səviyyəsi mühüm obyektlərdə təhlükəsizlik tədbirlərinin yüksəldilməsi deməkdir.

Son xəbərlər

Orphus sistemi