BAKI. 27 yanvar. REPORT.AZ/ İŞİD yaraqlıları Yaponiya hökumətinə bu ölkənin vətəndaşı Kenzi Qotonun azad edilməsi üçün irəli sürdüyü tələbin icrasına 24 saat vaxt verib, əks halda o, qətlə yetiriləcək.
"Report" AzərTAc-a istinadla xəbər verir ki, İŞİD-in növbəti ultimatumu barədə internetdə yerləşdirilmiş son videoyazıda K.Qotonun özü məlumat verib. Hazırda videonun həqiqiliyinin dəqiqləşdirilməsi prosesi gedir.
İŞİD yaraqlıları yapon girovun və İordaniya hərbi-hava qüvvələrinə məxsus təyyarəçinin əvəzində bu ölkənin türmələrində saxlanan 27 terrorçunun azad edilməsi tələbini irəli sürüblər.