İŞİD Yaponiyaya girovun azad olunması şərtinin icrası üçün bir sutka vaxt verib

İŞİD Yaponiyaya girovun azad olunması şərtinin icrası üçün bir sutka vaxt verib Əks halda o, qətlə yetiriləcək
Digər ölkələr
27 Yanvar , 2015 21:53
İŞİD Yaponiyaya girovun azad olunması şərtinin icrası üçün bir sutka vaxt verib

BAKI. 27 yanvar. REPORT.AZ/ İŞİD yaraqlıları Yaponiya hökumətinə bu ölkənin vətəndaşı Kenzi Qotonun azad edilməsi üçün irəli sürdüyü tələbin icrasına 24 saat vaxt verib, əks halda o, qətlə yetiriləcək.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, İŞİD-in növbəti ultimatumu barədə internetdə yerləşdirilmiş son videoyazıda K.Qotonun özü məlumat verib. Hazırda videonun həqiqiliyinin dəqiqləşdirilməsi prosesi gedir.

İŞİD yaraqlıları yapon girovun və İordaniya hərbi-hava qüvvələrinə məxsus təyyarəçinin əvəzində bu ölkənin türmələrində saxlanan 27 terrorçunun azad edilməsi tələbini irəli sürüblər.

Son xəbərlər

Orphus sistemi