​İŞİD Türkiyə ilə sərhəddə Suriyanın iki kəndinə nəzarəti ələ keçirib

​İŞİD Türkiyə ilə sərhəddə Suriyanın iki kəndinə nəzarəti ələ keçirib Türkiyənin dəstəklədiyi müxalifət aprelin 7-də Əl-Ray qəsəbəsini terrorçulardan azad etmişdi
Digər ölkələr
11 Aprel , 2016 10:52
​İŞİD Türkiyə ilə sərhəddə Suriyanın iki kəndinə nəzarəti ələ keçirib

Bakı. 11 aprel. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması Suriyanın Türkiyə ilə sərhədində yerləşən Şeyx Reh və əl-Bal kəndlərində nəzarəti ələ keçirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Evi məlumat yayıb.

Dünən isə terrorçular müxalifətin nəzarət etdiyi Əl-Ray (Çobanbəy) qəsəbəsini yenidən ələ keçirib. Bu qəsəbədə əsasən türkmənlər yaşayır.

Türkiyənin dəstəklədiyi müxalifət aprelin 7-də Əl-Ray qəsəbəsini terrorçulardan azad etmişdi. Şeyx Reh və əl-Bal kəndləri bu qəsəbəyə yaxın ərazidə yerləşir.

Müşahidə evi bunu son bir ildə İŞİD-in "ən vəhşi hücum"u adlandırıb.

Son xəbərlər

Orphus sistemi