Yuxarı

​İŞİD terrorçuları Suriyada 45 dinc sakini qətlə yetiriblər

​İŞİD terrorçuları Suriyada 45 dinc sakini qətlə yetiriblər
Qırğın Əl-Amiriyyə qəsəbəsində törədilib

Bakı. 16 may. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Suriyanın Əl-Amiriyyə qəsəbəsində 45 nəfəri edam ediblər.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Əl-Amiriyyə qəsəbəsində qırğın törədilib, hərbi şəhərciyə də hücum olub, 45 dinc sakin qətlə yetirilib", - deyə mənbə bildirib.

Əl-Amiriyyə qəsəbəsi Palmir şəhərindən 3 km məsafədə yerləşir. Şəhərin özü ziyan çəkməyib.

Hazırda terrorçuların geri çəkildiyi qeydə alınıb. Qruplaşmaya müqavimət göstərmək üçün hadisə yerinə təqribən 500 əsgər cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi