​İŞİD terrorçuları Suriyada 45 dinc sakini qətlə yetiriblər

​İŞİD terrorçuları Suriyada 45 dinc sakini qətlə yetiriblər Qırğın Əl-Amiriyyə qəsəbəsində törədilib
Digər ölkələr
16 May , 2015 03:10
​İŞİD terrorçuları Suriyada 45 dinc sakini qətlə yetiriblər

Bakı. 16 may. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Suriyanın Əl-Amiriyyə qəsəbəsində 45 nəfəri edam ediblər.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Əl-Amiriyyə qəsəbəsində qırğın törədilib, hərbi şəhərciyə də hücum olub, 45 dinc sakin qətlə yetirilib", - deyə mənbə bildirib.

Əl-Amiriyyə qəsəbəsi Palmir şəhərindən 3 km məsafədə yerləşir. Şəhərin özü ziyan çəkməyib.

Hazırda terrorçuların geri çəkildiyi qeydə alınıb. Qruplaşmaya müqavimət göstərmək üçün hadisə yerinə təqribən 500 əsgər cəlb olunub.

Son xəbərlər

Orphus sistemi