Bakı. 14 oktyabr. REPORT.AZ/ İŞİD terror təşkilatının üzvləri şənbə günü Fərat çayının şərq sahilindəki Əl-Bəhra qaçqın düşərgəsinə hücum zamanı 130 ailənin üzvlərini girov götürüblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Demokratik Suriya qüvvələri" silahlı koalisiyasının nümayəndəsi Şuvan əl-Haburiyə istinadən "Al Hadath" telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, onlar hücumu dəf ediblər və digər qaçqınları qoruya biliblər.
Əl-Bəhra düşərgəsi Hacin şəhərinin ətrafında yerləşir.
Bir neçə gün əvvəl Suriyada İŞİD terror təşkilatının yaraqlıları "Ən-Nüsra" terrorçularına hücum edərək iki xlor balonunu ələ keçiriblər.