Bakı. 5 iyun. REPORT.AZ/ İraqın Xavic şəhərində İŞİD-ə məxsus bomba istehsal edilən emalatxananın koalisiya qüvvələri tərəfindən bombalanması nəticəsində 200-dən çox insan ölüb.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Kərkükün təhlükəsizlik üzrə yerli şuranın üzvü Məhəmməd əl-Cuburi bildirib.
Onun sözlərinə görə, hadisə ötən gecə baş verib. ABŞ-ın başçılıq etdiyi koalisya qüvvələri Xavicdəki partlayıcı qurğular istehsal edən emalatxananı bombalayıb.
Bombardman nəticəsində 200-dən çox adamın ölməsi ilə yanaşı, azı 28 ev dağılıb.