Yuxarı

"İrma" qasırğası Sen-Marten adasını tam dağıdıb

"İrma" qasırğası Sen-Marten adasını tam dağıdıb
Ada ərazisini və binaları su basıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ "İrma" qasırğası nəticəsində Karib dənizində yerləşən Fransa və Niderlanda məxsus Sen-Marten adasını dağıdıb, ada ərazisi və binalar su altında qalıb, ağaclar kökündən qopub, evlərin dam örtükləri sökülüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, təbii fəlakət Sen-Martendə evlərin 70 faizinə ziyan vurub və ya onları dağıdıb.

Agentlik xəbərdarlıq edir ki, ada hazırda "Xose" qasırğasına hazır deyil.

Sen-Martendə təbii fəlakət sentyabrın 6-da üz verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi