Bakı. 10 sentyabr. REPORT.AZ/ "İrma" qasırğası nəticəsində Karib dənizində yerləşən Fransa və Niderlanda məxsus Sen-Marten adasını dağıdıb, ada ərazisi və binalar su altında qalıb, ağaclar kökündən qopub, evlərin dam örtükləri sökülüb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, təbii fəlakət Sen-Martendə evlərin 70 faizinə ziyan vurub və ya onları dağıdıb.
Agentlik xəbərdarlıq edir ki, ada hazırda "Xose" qasırğasına hazır deyil.
Sen-Martendə təbii fəlakət sentyabrın 6-da üz verib.