​İraqda partlayış nəticəsində 38 nəfər ölüb

​İraqda partlayış nəticəsində 38 nəfər ölüb Hadisə nəticəsində ən azı 10 nəfər yaralanıb
Digər ölkələr
2 İyun , 2015 05:59
​İraqda partlayış nəticəsində 38 nəfər ölüb

Bakı. 02 İyun. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqda törətdiyi partlayış nəticəsində ən azı 38 nəfər həlak olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, bomba Ramadi şəhərində polis məntəqəsi yaxınlığında dayanmış maşına quraşdırılıb.

Ölənlərin əksəriyyəti polis əməkdaşlarıdır. Hadisə nəticəsində ən azı 10 nəfər yaralanıb. Həkimlər ölənlərin sayının artacağından ehtiyatlanırlar.

Son xəbərlər

Orphus sistemi