Yuxarı

İranda 17 əyalətə səyahət qadağası qoyuldu

İranda 17 əyalətə səyahət qadağası qoyuldu

205

İranda koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq 17 əyalətə giriş qadağan edilib.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, Yəzd, Gilan, Fars, Qəzvin, Zəncan, Ərdəbil, Kerman, İsfahan, Gülüstan, Semnan, Lorestan, Mazandaran, Kermanşah, Xorasan Rəzəvi, Kohgiluyə və Boyer-Əhməd, Sistan və Bəluçistan əyalətlərinə səyahətlər ikinci əmrədək yasaqlanıb.

Buşehr əyalətinin Bəndər Genave, Şərqi Azərbaycan əyalətindəki Ares azad ticarət zonası və Qərbi Azərbaycan əyalətindəki Maku azad ticarət zonasına da girişlərin qadağan edildiyi bildirilib.

Qeyd edək ki, İranda koronavirus daşıyıcılarının sayı 4 747 nəfərdir. Virusdan ölənlərin sayı isə 124 nəfərdir.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 243-ə çatıb. Bunların 57 631 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi