Yuxarı
    Bağlamaq

    İordaniyada daşqınlar zamanı 12 nəfər həlak olub

    Bakı. 11 noyabr. REPORT.AZ/ İordaniyada leysan yağışların səbəb olduğu daşqınlar 12 nəfərin həyatına son qoyub.

    Bu barədə "Report" AFP-ə istinadən xəbər verir.

    Qeyd edilir ki, yağışlarla əlaqədar 4 minə yaxın insan ölkənin turistlər üçün populyar şəhəri olan Petranı tərk edib. İordaniya ordusu vertolyotları müvafiq orqanların axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün hazır vəziyyətə gətirib. 

    Güclü leysan yağışları cümə günü baş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi